Tramp Baydenin inauqurasiyasına qatılmayacaq - ÖNCƏDƏN VAŞİNQTONU TƏRK EDƏCƏK

20/01/2021 - 10:34 298 0   0  

ABŞ-ın bu gün səlahiyyətləri başa çatan prezidenti Donald Tramp Vaşinqtonu yeni seçilmiş dövlət başçısı Co Baydenin inauqurasiyası mərasimindən 4 saat əvvəl tərk edəcək.

“RİA Novosti” xəbər verir ki, Ağ Evdə bildirilib.

Qeyd edilir ki, Donald Tramp və birinci xanım Melanya Tramp yerli vaxtla səhər saat 8-də Floridaya yola düşəcəklər, halbuki inauqurasiya günortaya nəzərdə tutulub.

Tramp daha əvvəl bildirib ki, mərasimdə iştirak etməyə hazırlaşmır.

Qeyd edək ki, daha əvvəl Co Bayden Birləşmiş Ştatların hazırkı dövlət başçısı Donald Trampın özünün inaqurasiyasında iştirak edəcəyinə ümidini ifadə edib. Bayden əlavə edib ki, Trampın gəlişi "hakimiyyətin sülh yolu ilə ötürülməsini nümayiş etdirəcək"./report