Tramp Almaniyadakı ata yurduna getmək niyyətindədir

21/12/2018 - 22:51 700 0   0  

ABŞ prezidenti Donald Tramp öz ata-baba yurduna - Almaniyanın Reynland Pfalz əyalətinin Kalştadt qəsəbəsinə səfər etmək niyyətindədir.

“Report” bildirir ki, bu barədə ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell məlumat verib.

“Dəqiq vaxtını deyə bilmərəm, amma bura gəlib ailəsinin doğma yurdunu gəzmək istədiyini mənə deyib”, - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın 45-ci prezidentinin babası Frederik Tramp, yəni, əslində, Fridrix Trump 1869-cu ildə Kalştadt qəsəbəsində anadan olub, 1885-ci ildə isə həyat yoldaşı ilə birlikdə ABŞ-a köçüb.