Tramp ABŞ-da fövqəladə vəziyyət elan edə bilər – «Meksika divarı»na görə

06/01/2019 - 10:25 2 566 0   0  

Suveren.az xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp büdcə böhranının növbəti həftənin əvvəlində həll olunucağını istisna etməyib.
Tramp bəyan edib ki, Meksiya ilə sərhəddə divarın tikintisi üçün maliyyə vəsaiti əldə etmək məqsədilə, ölkədə fövqəladə vəziyyət rejimi elan edə bilər. Bu barədə ABŞ prezidenti Ağ Evin Gül bağında jurnalistlər qarşısında çıxışı zamanı bildirib.
«Biz, ölkədə fövqəladə vəziyyət elan edə və onu tezliklə tikə bilərik» – deyə, Tramp bildirib.
Məsələ burasındadır ki, əgər ölkədə fövqəladə vəziyyət hökm sürsə, o zaman divarın tikintisinə maliyyənin ayrılması üçün Konqresin razılığına ehtiyac qalmayacaq. Bu təqdirdə, qanunverici orqanın fövqəladə vəziyyətlər üçün ayırdığı vəsaiti hərəkətə gətirmək kifayət edər.