“Trabzonspor”da GƏRGİNLİK: 2 futbolçunu qovdular

12/11/2018 - 23:17 6 391 0   0  

Türkiyə Superliqasının 12-ci turunda "Yeni Malatyaspor"dan ağır məğlubiyyət alan "Trabzonspor" düşərgəsində gərginlik davam edir.

Suveren.az xəbər verir ki, klub rəhbərliyi təcili toplantı keçirərək sərt qərarlar qəbul edib. Klubun mətbuat sözçüsü Zeyyat Kafkasın sözlərinə görə, fövqəladə iclasda komandanın iki aparıcı üzvü - Rəcəb Onur Kıvrak və Burak Yılmazın əsas heyətdən uzaqlaşdırılmasına qərar verilib. Bundan başqa, Onur Kıvrak kapitanlıq sarğısından da məhrum olunub. Həmçinin, "Yeni Malatyaspor"a 0:5 hesablı ağır məğlubiyyətə görə, əsas heyətin hər üzvünə 100 min lirə cərimə kəsilib.