Tələbələr də küçəyə çıxdı – Etiraz dalğası genişlənir

11/12/2018 - 19:16 19 387 0   0  

Fransa institutlarının və universitetlərinin tələbələri ali təhsil müəssisələrində təhsil haqlarının qaldırılmasına etiraz olaraq küçələrə çıxıb.

Suveren.az xəbər verir ki, hazırda 450-yə yaxın təhsil müəssisəsinin işi pozulub, onlardan 50-si tamamilə bloklanıb. Tələbə ittifaqları ən azı həftənin sonuna qədər etirazlarını davam etdirmək niyyətində olduqlarını söyləyiblər.

Qeyd edək ki, tələbə etirazları Fransada "sarı jiletlilər"in davam edən nümayiş dalğaları fonunda daha da artıb.