Tiflisdə Mixail Saakaşviliyə dəstək aksiyası keçirildi - NÖVBƏTİ MİTİNQ HAQDA QƏRAR VERİLDİ / FOTO

20/11/2022 - 20:52 1 566 2   0  

Noyabrın 23-də parlamentin qarşısında Mixail Saakaşviliyə dəstək aksiyası keçiriləcək

Noyabrın 23-də, saat 18:00-da Gürcüstan parlamenti qarşısında sabiq prezident Mixail Saakaşviliyə dəstək aksiyası keçiriləcək.

Bu barədə bu gün hökumət administrasiyası önündə keçirilən “Mişaya Azdlıq!” aksiyasında bildirilib.

Təşkilatçıların sözlərinə görə, aksiyalar nəticə əldə olunana qədər davam edəcək.

Qeyd edək ki, bugünkü aksiyada Mixail Saakaşvilinin ailə üzvləri, Milli Hərəkatın liderləri - Nika Melia, Levan Xabeişvili, müxtəlif partiyaların liderləri, vətəndaş fəalları və vətəndaşlar iştirak ediblər.

***

Tiflisdə hökumət administrasiyasının binası qarşısında “Mişaya Azadlıq!” şüarı ilə sabiq prezident Mixail Saakaşviliyə dəstək aksiyası keçirilir.

Hadisə yerinə Mixail Saakaşvilinin ailə üzvləri, müxtəlif partiyaların üzvləri, vətəndaş cəmiyyətinin fəalları və eks-prezidenti dəstəkləyən insanlar toplaşıb.

Mixail Saakaşvilinin anası Giuli Alasaniyanın sözlərinə görə, bugünkü aksiya bir insanın həyatını xilas etmək üçün həyata keçirilir.

Qeyd edək ki, polis hökumət administrasiyası yaxınlığında səfərbər edilib.