Təhsillə bağlı yeni qanun layihəsi qəbul olundu

29/03/2019 - 18:42 5 620 0   0  

Azərbaycanda yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Məlumata görə, 5 fəsil 33 maddədən ibarət olan “Ümumi təhsil haqqında” qanun layihəsinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.

Qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

Yeni qanun layihəsinin müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.