Təhlükəli xətt fəallaşdı - FOTO

02/11/2018 - 19:35 7 276 0   0  

ABŞ-ın Kaliforniya ştatının sahilindəki San-Andreas sınma xəttindəki palçıq vulkanları aktivləşiblər.

Onların arasında ən böyüyü olan geyzer sürətlə hərəkət edir.

Suveren.az milli.az-a istinadən bildirir ki, 1953-cü ildən bəri aktiv olan bu böyük geyzer "Union Pacific Railroad" dəmiryolunda çökmə yaradıb. Üstəlik, 111-ci şossenin də bir hissəsi çöküb.

Yerli hakimiyyət dairələri fövqəladə iş rejiminə keçərək geyzerin yaratdığı fəsadları aradan qaldırmağa çalışırlar.

San-Andreas qırılma xətti (San Andreas Fault) Sakit Okean və Şimali Amerika tektonik lövhələri arasında sınma zolağı olaraq Kaliforniya ştatının sahilləri boyunca 1300 km uzanır.

Sınma xətti Farallon tektonik lövhəsi məhv olandan sonra yaranıb.

San-Andreasa paralel olaraq San-Qabriel və San-Hasinton xətləri var.

San-Andreas sınma xətti Rixter şkalası ilə 9 bal gücündə, Yer səthinin 7 metrədək çatan sürüşməsinə səbəb olan zəlzələlər yaradır.

1906-cı ildə San-Fransiskoda və 1989-cu ildə Lom-Prietdəki zəlzələlər məhz bu sınma xəttindən qaynaqlanırdı.