''Təhdidlərə qarşı mübarizədə yeni forma və metodlardan istifadə olunmalııdır''.-Putin

07/03/2019 - 00:00 3 145 0   0  

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü etdiyi şərhdə, terroristlərin  yeni hücumlara başlaya biləcəyini  və terrorla mübarizənin daha da intensivləşdirilməsi gərəkdiyini  söylədi.

"Terroristlər terror hərəkətlərini hazırlamaq potensialını saxlayırlar. Vəziyyət bizim  ölkəmizdə də digər ölkələrədə olduğu kimidir" dedi. "Bu cür cinayətlərin arxasında ideoloji hazırlıqdan  keçmiş şəxslər mütəşəkkil qruplar  ola bilər", - deyə Putin qeyd edib. 

"Bu cür təhlükələrə qarşı mübarizə aparmaq üçün yeni formalar və üsullardan istifadə olunmalıdır", - deyə o əlavə edib.

Terror aktlarının qarşısını almaq, terrorçularıı işbirliyinə cəlb edənləri və tərəfdaşlarını müəyyənləşdirmək, cinayətkarlara silah və pul köçürmələrinin qarşısını almaq və internetdə radikalların və ekstremistlərin təbliğatının qarşısını almaq üçün profilaktik işlərin təşviq edilməsi vacibdir.

Putin həmçinin bir sıra ölkələrlə münasibətlərdə çətinliyə  baxmayaraq, Moskvanın  terrorla mübarizə sahəsində əməkdaşlığa hazır olduğunu bildirib.

"Rusiya, müəyyən ölkələrlə mövcud əlaqələrimizə baxmayaraq, beynəlxalq terrorizmlə mübarizədə  bütün insanlığa qarşı bu problemi həll etmək üçün həmişə yaxın və güvənli bir əməkdaşlığa  açıq olacaq" - Rusiya Federal Təhlükəsizlik Xidməti( FSB) nazirliyinin iclasında deyib.

" Öncəliklə  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatı  (ŞƏT)  çərçivəsindəki partnyorlarımızla  və digər ölkələrdəki  tərəfdaşlarımızla fəaliyyətimizi koordinasiya etmək, əməkdaşlığı gücləndirmək lazımdır".