Teymur Rəcəbov Maqnus Karlsenlə bərabərə qaldı

25/01/2019 - 22:40 1 366 0   0  

Yanvarın 25-də “Tata Steel Masters 2019” turnirinin 11-ci turunun oyunlarına yekun vurulub.

Suveren.az xəbər verir ki, bu turda Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu, norveçli Maqnus Karlsen ilə oyunu heç-heçə başa vurub. Şəhriyar Məmmədyarov isə hindistanlı Santoş Qucrati Viditə məğlub olub.