Terrorçu Öcalanı dəstəkləyən “kürd” adlananlar Ermənistan bayrağı altında Novruz keçirdi...

23/03/2019 - 23:23 10 483 0   0  
100 ildən  çoxdur, erməni işğalı altında qalan  qədim Azərbaycan  şəhəri İrəvanda “kürd icması” adlanan bir qrup şəxs Novruz bayramı tədbiri keçirib. 
Bu haqda Ermənistan saytları məlumat yayıb. İrəvandakı filarmoniya binasında keçirilmiş tədbir işğalçı ölkənin baş naziri N.Paşinyanın lideri olduğu “Mənim addımım” alyansının parlament fraksiyasının üzvü, deputat Knyaz Qasanovun rəhbərliyi ilə keçirilib. Terrorçu “PKK” lideri Abdulla Öcalanın şəninə təriflər söyləyən “kürd icması”nın rəhbəri sayılan bu şəxs Türkiyənin əleyhinə də hədyanlar söyləyib.  K.Qasanov vurğulayıb ki, guya “Öcalanın başçılığıyla  “kürd azadlıq hərəkatı” başlanandan bəri Novruz bayramı bu hərəkatın  bir tərkib hissəsinə çevrilib”... 
 
P.S. Ağlı başında olan, ayıq kürdlər bilir ki, terrorçu Öcalanın özü kimi  onu dəstəkləyənlər, o cümlədən Ermənistanda K.Qasanovun başçılıq etdiyi  sözügedən “kürd icması” da beynəlxalq güclər tərəfindən idarə edilən, Ermənistan vasitəsi ilə də yönləndirilən və əslində türk və müsəlman dünyası kimi kürd xalqının özünə də düşmən olan qruplardır...
 
Sultan Laçın