Terrora hazırlaşan İŞİD-çilər tutuldu

26/10/2018 - 19:13 2 713 0   0  

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada terror törətməyə hazırlaşan 6 İŞİD üzvünü ələ keçirib.

Suveren.az RİA Novosti-yə istinadən xəbər verir ki, ələ keçirilən İŞİD-çilər terror aktlarını odlu silah və partlayıcı qurğulardan istifadə etməklə həyata keçirməyə hazırlaşıb.

Saxlanılanlardan odlu silahlar, terror aktlarının hazırlanmasına aid məlumatlar, partlayıcı qurğuların hazırlanması sxemi və bir miqdar pul götürülüb.