Tehranda yeni qadağa - Qanunu pozana şallaq cəzası

30/01/2019 - 16:13 1 378 0   0  

İranın paytaxtı Tehran şəhərində küçədə it gəzdirmək qadağan edilib.

“Ölkə.az” xəbər verir ki, qanunun məqsədi yerli sakinləri it saxlamaqdan çəkindirməkdir. Bu qadağa çərçivəsində heyvanlar avtomobildə də gəzdirilməyəcək.
Tehran baş polis idarəsinin rəisi Hüseyin Rəhimi deyib:
“İt gəzdirənlərə qarşı tədbirlər görüləcək. Tehran prokurorluğundan icazə aldıq. Park kimi ictimai yerlərdə it gəzdirmək olmaz. İt insanlar arasında qorxu və narahatçılığa səbəb olur. Bu səbəbdən icazə verilmir”.
1979-cu il İslam İnqilabından bu yana evdə it saxlamağın mübahisə mövzusu olduğu məlumdur. Din rəsmiləri isə itlərin təmiz olmadığını bildirir və evdə it saxlamağın Qərbdən gələn adət olduğunu qeyd edirlər.
Beş il əvvəl də İran parlamentinə it sahiblərinə cərimə yazılması və ya bu insanların şallaqlanması barədə qanun layihəsi təklif edilib.