Təcavüz və qətldə günahlandırılan millət vəkili Salman Xudadadinin məhkəmə qərarı açıqlandı

17/03/2019 - 01:56 7 837 0   0  

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məclisinə seçilən hacı Salman Xudadadi barəsində məhkəmə hökmü çıxarıldığı haqda məlumat yayıb.

Tehran Ədliyyə İdarəsinin rəisi Qulam Hüseyn İsmaili dünən cümə günü 2019-cu il mart ayının 15-də millət vəkili haqda məhkəmə hökmünün çıxarıldığını təsdiq edib. O Salman Xudadadinin adını çəkməsə də, xəbəri dolayısı ilə təsdiqləyib: “Bir millət vəkili barəsində yenicə qərar çıxarılıb. Lakin hökm qəti olmadığı üçün təfərrüatı barədə heç bir şey deyə bilmərəm”.

Yayılan məlumata görə, Zəhra Nəvidpurun işilə əlaqədar Salman Xudadadi barəsində qərar verilib və qadına təcavüz ittihamı bağlı bəraət verib, lakin onu qeyri-məşru cinsi əlaqədə olmaqda günahlandıraraq barəsində 2 il işindən uzaqlaşdırma, 2 il sürgün və 99 şallaq zərbəsi hökmü çıxarıb.