Tbilisidə mənzildə qaz sızması olub, 7 nəfər ölüb

31/01/2019 - 17:53 1 363 0   0  

Gürcüstan paytaxtı Tbilisidə, Ketevan Tsamebuli prospektində yerləşən yaşayış binalarından birinin mənzilində qaz sızması baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə nəticəsində 7-ci mərtəbədə yaşayan 7 nəfər ölüb.

Onlar bir otaqda yaşayırmışlar. Hadisə şahidlərinin sözlərinə görə, ölən şəxslər həmin mənzildə kirayədə qalırmışlar və tikintidə çalışırmışlar.

Mənzildə su qızdırıcısının kustar üsulla quraşdırıldığı müəyyən olunub.

Hazırda ölənlərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlər aparılır.