"Tapşırıq gəlmədən heç bir hakim Əli Əliyevin lehinə qərar çıxara bilməz"

25/01/2023 - 17:28 1 494 0   0  

Yanvarın 25-də Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və inkişaf partiyasının sədri Əli Əliyevin Sabunçu rayon məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.

Ötən ilin noyabrında Bakının Sabunçu rayon Məhkəməsi partiya sədrini Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə (qəsdən sağlamlığa xəsarət yetirmə) kamera yoldaşını döymək ittiham ilə 3 il 5 ay müddətinə azadlıqdan məhrum edib.

Elmar Rəhimovun sədrliyi ilə keçirilən apellyasiya məhkəməsində Əli Əliyev barəsində verilmiş hökmü qüvvəsində saxlanılıb.

- Zaur Mahiroğlu, VİP sədrin"Tapşırıq gəlmədən heç bir hakim Əli Əliyevin lehinə qərar çıxara bilməz. Əli Əliyev partiya sədri, siyasi lider, alimdir. Bunların heç biri nəzərə alınmır. Görünən odur ki, hakimiyyətin qərarı əsasında Əli Əliyev bu gün həbsdədir, bugünki həbsin əsasında 3 il də həbsdə qalacaq" in müavini.

VIP sədri ötən məhkəmə iclasında məhkəmələrə etimadı olmaması, həmçinin, səhhətindəki problemlər səbəbindən proseslərdə iştirak etməkdən imtina etmişdi. Dövlət ittihamçısı Əli Əliyevin iştirakı olmadan məhkəmənin keçirilməsinə etiraz edib.

"Bu gün Əli Əliyevin məhkəməsində xarici ölkələrin diplomatları iştirak edirdi. ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri, Almaniyanın Bakıdakı səfirinin müşaviri, Avropa Birliyinin Bakı ofisinin nümayəndəsi iştirak edirdilər. Təqsirləndirlilən şəxsin özü bəlli səbəblərdən iclasda yox idi, müdafiəçilərdən biri iştirak etmirdi. Mənzərəyə baxın. Prosesi də qərbin və Avropanın diplomatları müşahidə edir. Belə bir şəraitdə qərar verilməsini istəmirdilər. Bununla belə, məhkəmə hesab etdi ki, proses davam etdirilən bilər. Müdafiəçi çox ciddi dəlillərlə müdafiə nitqi ilə çıxış etdi. O hesab edir ki, Əli Əliyevin heç bir ictimai təhlükəli əməli yoxdur. Dəfələrlə söyləmişik ki, Əli Əliyev mövcud hakimiyyətin tənqidçisi olduğu üçün həbsdədir" - Rüfət Səfərov, insan haqları müdafiəçisi

VIP sədrinin müdafiəçiləri Bakl Apellyasiya Məhkəməsinin qərarından şikayət verəcəklərini bildiriblər.