Tanınmış boksçu koronavirusdan öldü – Bir gün sonra anası da vəfat etdi / FOTOLAR

24/06/2020 - 12:10 6 014 0   0  

Azərbaycanda 37 yaşlı boksçu ad günündə koronavirusdan vəfat edib. 

Suveren.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Ramin Qurbanov 10 gün öncə koronavirusa yoluxduğu aşkarlandığı üçün xəstəxanaya yerləşdirilib. İyunun 22-də doğum günü olub, dostları ona təbriklər yazıb, o da təbriklərlə bağlı paylaşım edib. Həmin gün axşam saatlarında koronavirusdan vəfat edib.

Onun vəfatından bir gün sonra, iyunun 23-də isə anası Nazilə Qurbanova ürək tutmasından dünyasını dəyişib.

R. Qurbanovun 1 azyaşlı qızı var. Onun talassemiya xəstəsi olduğu bildirilir.