Sürücü uçqun altında qalan maşınını belə lentə aldı - VİDEO

29/12/2018 - 23:53 6 193 0   0  

Dağıstanda bir TIR sürücüsünün uçqundan qurtulduğu anlar anbaan kameralara düşüb.

Suveren.az oxu.az-a istinadla xəbər verir ki, sürücünün bir neçə saniyə öncə tərk etdiyi maşın qar kütləsinin altında qalıb.

Dağıstanda magistralla hərəkətdə olan sürücü uçqunun yolu qapatmağa başladığını görüb və dayanıb. Qısa müddət sonra böyük bir kütlənin gəldiyini görən sürücü maşından uzaqlaşıb. Saniyələr sonra qar kütləsi TIR-ı görünməz edib.

Sürücü qar altında qalan maşını telefonunun yaddaşına həkk edib. Bu video sosial mediada ən çox paylaşılanlar arasındadır.

 

Video link: https://dai.ly/x6zonlc