“Suriyaya qoşun göndərə bilərik” – İraqın baş naziri

25/12/2018 - 14:26 718 0   0  

“İraq Suriyaya hərbçi göndərə bilər”.

“Report” “DHA”ya istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Adil Əbdülmehdi bildirib.

Onun sözlərinə görə, ölkəsini sərhədlərindəki təhdidlərdən qorumaq üçün bütün variantları dəyərləndirirlər. Baş nazir terrorçu İŞİD qruplaşmasının gələcəkdə savaş bölgəsini genişləndirəcəyindən və Suriyadan İraqa qaçqın axınında narahat olduqlarını vurğulayıb.

Hökumət başçısı qeyd edib ki, ABŞ-ın hərbçilərini Suriyadan çıxarandan sonra rəsmi Bağdad bu ölkəyə hərbçi göndərə bilər.

A.Əbdülmehdi ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə danışığında Vaşinqtonun İraqdan Suriyaya qoşun göndərməsini tələb etmədiyini bildirib: “İraq bu məsələ ilə bağlı qərarını dostları və qonşuları ilə müzakirə etdikdən sonra verəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 19-da Birləşmiş Ştatlar hərbçilərinin Suriyadan çıxarılması haqqında qərar imzalayıb. Həmin tarixdən ABŞ-ın hərb texnikasının İraqa daşımağa başlayıb.