Sumqayıtda restoranda ÖLÜM HADİSƏSİ - "Kloun" oynadığı yerdə... (YENİLƏNDİ)

03/11/2018 - 12:14 1 087 0   0  

Sumqayıtda restoranda iş başında ölən klounun kimliyi məlum olub.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, həmin şəxs 1964-cü il təvəllüdlü Məmmədova Mahinur Əhəd qızıdır.

Onun ölümünün səbəbi isə hələlik məlum deyil.

***

Sumqayıtda restoranların birində məzhəkəçilik (kloun) edən qadın naməlum şəraitdə ölüb.

"Report"un məlumatına görə, hadisə şəhərin Sahil küçəsində yerləşən restoranlardan birində baş verib.

Sumqayıt şəhər sakini, təxminən 45-50 yaşlarında olan qadın restoranda məzhəkəçilik edərkən qəflətən dünyasını dəyişib. Qadının hansı səbəbdən dünyasını dəyişdiyi bilinməsə də, ekspertıza zamanı onun içkili olduğu məlum olub.

Hazırda onun kimliyi və ölüm səbəbi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.