Sumqayıtda qadın bıçaqlandı

25/01/2019 - 18:43 11 749 0   0  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, yanvarın 23-də saat 6 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə şəhər sakini olan bir qadının bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirirlib.
Araşdırmalarla bıçaq xəsarətinin münaqişə zəminində yetirildiyi müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Abşeron rayon sakini R.Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırma aparılır.