Sumqayıtda Faciə: Ana ilə 5 yaşlı oğlu dəm qazından öldü

11/01/2019 - 23:40 2 296 0   0  

Sumqayıt şəhəri, Corat qəsəbəsində ana və oğlu dəm qazından boğulublar.

1997-ci il təvəllüdlü Allahverdiyeva Gülan Rövşən qızı və oğlu, 2014-cü il təvəllüdlü Allahverdiyev Rəşad Bayramqulu oğlu yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.