Səudiyyə şahzadəsinə şok - Əlcəzair prezidenti onu qəbul etmədi

03/12/2018 - 20:23 1 207 0   0  

Səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra ilk dəfə xarici ölkəyə səfər edən Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əlcəzairdə gözlənilməz sürprizlə qarşılaşıb.

Suveren.az xəbər verir ki, dekabrın 2-də Əlcəzairə gedən şahzadə ölkənin baş naziri Əhməd Uyahya tərəfindən qəbul edilib və hər iki şəxs təkbətək görüşüb.

Bu gün isə o, Əlcəzair lideri Əbdül Əziz Buteflika ilə görüşmək istəyib. Prezident isə qrip olduğu üçün şahzadə ilə görüşməyib.

Qeyd edək ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra bu ölkəyə qarşı təzyiqlər başlayıb. Şahzadə Məhəmməd bin Salman G20 sammitindən öncə Tunisə səfər etmiş, lakin orada etirazla qarşılanmışdı. Tunislilər əllərində mişarla küçəyə çıxmışdılar.

Bundan başqa, G20-yə qatılan şahzadə sammit iştirakçılarından gözlədiyi yaxınlığı görməyib. O, yalnız Rusiya prezidenti Vladimir Putinlə zarafatlaşıb.