Səudiyyə şahzadəsi G-20 sammitində iştirak edəcək! – Dünya jurnalistlərinə təhqir deyilmi?

20/11/2018 - 10:43 1 957 0   0  

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının varis-şahzadəsi Mühəmməd bin Salman Əl-Səud «böyük iyirmiliyin» Argentinada keçiriləcək sammitində iştirak edəcək. Bu barədə bazar ertəsi Səudiyyə Krallığının energetika naziri Xalid əl-Falih bəyan edib.
Məlum olduğu kimi, noyabrın 2-si dekarbın 1-i tarixlərində Argentinada «Böyük iyirmiliyin» sammiti keçiriləcək.
«Varis-şahzadə Mühəmməd bin Salman Əl Səud «Böyük iyirmiliyin» sammitində iştirak edəcək. Sammitdə iştirakı şahzadənin xarici turnesinin bir hissəsidir» – deyə, nazir bildirib. Mətbuat konfransında nazirin çıxışı «Əl-Ərəbiyyə» telekanalı ilə yayımlanıb.
Şahzadənin beynəlxaq turnesi bir sıra Avropa ölkələrinin onun ünvanına yönəlik sərt tənqidi fonunda keçiriəcək. O, müxalif jurnalist Camal Qaşıqçının qətlə yetirilməsində iştirakına (sifarişçi qismində!) görə günahlandırılır.
Bu fonda, Səudiyyət şahzaləsinin dünyanın 20 böyük dövlətinin başçısı ilə sırada dayanması dünya jurnalistlərinə bir təhqir deyilmi?