Səudiyyə Ərəbistanında qadınlara taksi sürməyə icazə verildi

23/11/2018 - 21:59 13 060 0   0  

Səudiyyə Ərəbistanında qadınlara xüsusi ailə taksilərini idarə etməyə icazə verilib.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, Dövlət Nəqliyyat Agentliyinın bəyanatına əsasən, sürücü-qadın yalnız aralarında yetkinlik yaşına çatan azı bir qadının olduğu müştəriləri avtomobilə götürə bilər. Həmçinin kişi müştəriləri ön oturacaqda oturtmaq qadağan edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının tarixində bu il ilk dəfə olaraq qadınlara avtomobil sürməyə icazə verilib. Bu addım vəliəhd şahzadə Məhəmməd bin Salman Əl-Səudun miqyaslı sosial-iqtisadi dəyişikliklərinin bir hissəsidir.