Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını xeyli azaltmağa hazırlaşır

15/12/2018 - 10:33 550 0   0  

Səudiyyə Ərəbistanı yaxın həftələr ərzində Birləşmiş Ştatlara neft ixracını xeyli azaltmağa hazırlaşır.
Trend-in məlumatına görə, Krallıq bununla bazarda neft hasilatının azaldılması barədə OPEK+ yeni razılaşmasının şərtlərinin yerinə yetirilməsində qətiyyətli olduğunu göstərmək istəyir.
“Bloomberg” bazardakı mənbəyə istinadən yazır ki, artıq yanvarda son üç ayla müqayisədə ABŞ-a neft ixracının təqribən 40 faiz azalacağı gözlənilir.