Səudiyyə kralı XİN başçısını işdən çıxarıb, vəliəhd oğluna yeni vəzifə verib

27/12/2018 - 18:04 7 948 0   0  

Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz al-Səud vəliəhd oğlu, şahzadə Məhəmməd bin-Salmana yeni vəzifə verib.

Suveren.az “Haber7”yə istinadən xəbər verir ki, kral oğlunu Mili Kosmik Agentliyin rəhbər təyin edib.

Salman bin Əbdüləziz al-Səudun digər əmri ilə ölkənin xarici işlər naziri Adil əl-Cübeyr tutduğu vəzifədən azad edilib. XİN başçısı vəzifəsinə İbrahim Əbdüləziz əl-Assaf təyin olunub.

Kral Səudiyyə Ərəbistanının Britaniyadakı səfiri şahzadə Məhəmməd bin-Naufı da tutduğu vəzifədən azad edib.