Sərnişinlə avtobus sürücüsü arasında DAVA

12/12/2018 - 23:35 3 391 0   0  

Mingəçevir şəhərinin M.Maqomayev prospektində döyülmə hadisəsi baş verib.

"Report” xəbər verir ki, 12 saylı şəhərdaxili marşrut avtobusun 1984-cü il təvəllüdlü sürücüsü Əşrəfov Ruslan Hasil oğlu sərnişinlə mübahisə edib və bu zaman onun tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.