Sərnişin qumbaraatanı taksidə unutdu

18/12/2018 - 21:06 1 672 0   0  

Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhərində taksi sürücüsü avtomobilin arxa oturacağında sərnişinlərdən birinin unutduğu kisəni aşkarlayıb.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, hüquq-mühafizə orqanları əməkdaşları kisədən qumbaraatan tapıblar.

“Baxış zamanı polis əməkdaşları içində RPQ-22 əl qumbaraatanının olduğu torbanı müsadirə edib”, - deyə polis idarəsinin yazılı bəyanatında deyilir.

Silahı taksidə unutmuş müştərinin kimliyi artıq müəyyən edilib. Bildirilir ki, həmin şəxs əvvəllər məhkumluq həyatı yaşamış 50 yaşlı şəhər sakinidir.

Tezliklə onunla bağlı hansı qətimkan tədbirinin seçiləyi məlum olacaq. Müsadirə olunmuş silah məhkəmə ekspertizasına göndərilib.