Sərkisyan Azərbaycana gəldi: - Xankəndidə toy...

05/03/2019 - 15:18 2 626 0   0  

Ermənistanın eks-prezidenti Serj Sərkisyan Azərbaycanın işğal edilmiş Qarabağ ərazisinə gəlib.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, Sərkisyan Qarabağda qondarma rejimin keçmiş Müdafiə naziri Levon Mnatsankanyanın oğlunun toy mərasimində iştirak edib.

Toy mərasimi Xankəndidəki “Ararat Qoar” restoranında baş tutub. Mərasimdə 400 nəfər iştirak edib. İştirakçıların çoxu İrəvandan olan qonaqlar olub. Onların arasında Ermənistanın keçmiş Müdafiə naziri Vigen Sərkisyan da yer alıb.

Qəzet həmçinin məşhur jurnalist Vladimir Solovyevin yaxın zamanlarda Ermənistana gedəcəyi və Serj Sərkisyandan müsahibə alacağını bildirib. Solovyevin alacağı müsahibənin 23 apreldə “Rossiya” televiziyasında yayımlanacağı vurğulanıb.