Spiker yenə deputatlara əsəbiləşdi - “Səs salmayın...”

28/12/2018 - 14:38 11 617 0   0  

Spiker Oqtay Əsədov deputatlara növbəti dəfə irad tutub.

“Qafqazinfo” xəbər verir ki, irada səbəb parlamentin payız sessiyasının sonuncu plenar iclasında qanun layihələrinin səsverməsi zamanı bəzi millət vəkillərinin yerdən danışması, səs-küy yaratması olub.
Bunu görən spiker isə belə deyib:
“Deyəsən, iclas başlamamış yorulmuşuq. Xahiş edirəm, səs salmayın, səsvermə gedir”.