SOSİAL VƏZİFƏ MƏSULİYYƏTİ – Və yaxud məmur vicdanı susanda...

08/04/2020 - 17:53 10 178 0   0  

Son zamanlar ölkəmizdə baş verən iqtisadi əyintilər daha da dərinləşir. Cəmiyyətdə qanunlarımızın aliliyi təmin olunmadığından, yalan və kələkdən istifadə edən vəzifəli dələduzların sayı da çoxalır. Məsuliyyətsızlik obyektiv reallığın əsas səbəblərinin gizlədilməsi, real seçimlərdə qeyri-müəyyənlik yaratmaq, şübhəli işi “etibarlı iş” kimi qələmə vermək və satmaq, verğilərdən yayınmaq ücün gəlirlərin həcmini süni surətdə azaltmaq və sair kimi çoxsaylı neqativlər meydana çıxarıb. Bu anormallıq hazırda cəmiyyətdə adi halla çevrilib. Bir sözlə, cəzasızlıq mühitinin yaradılması mövcud şərait ücün zəmin formalaşdırıb.

Tarixdə istənilən yalançı qərar, qanlı idarəetmə metodu, amansız mütləqiyyət, avtoritar hakimiyyət və irticaçı rejim qarşısında sərgilənən və hər zaman ictimaiyyət tərəfindən dərin rəğbət  və minnətdarlıqla qarşılanan cəsarətin təqdir edildiyi inkaredilməzdir.  Hər kəsin çoxluğu,  çox az adamın özünün və yaxınlarının hədəsi ilə risk etdiyi bir məqamda sərgilənən cəsarət daim öz əzəməti, gözlənilməzliyi və təkrarolunmazlığı ilə diqqət cəkir. Bəzən nəinki onlarla, hətta yüzlərlə şəxsi, insan dənızini belə, bir anın içində vəcdəyə gətirir.    

Hazırkı dünya bizə dərin bir ümidsizlik girdabında çabalamağı sövq edir. Ətrafımızda neqtiv aura yaranıb, mediadan süarlarla qara xəbərlər ötürülür. Cəmiyyət qeybət girdabı içərisində  məhv olub gedir. Yunq öz dövrü üçün xarakterik olan “neqtivə tuşlanmış cəmiyyətləri” gələcək qarşısında ən böyük əngəl hesab edirdi. Onun fikrinə görə, insan şüurundakı sonsuz məkan bir növ insanın həm də məhvidir.

Yunq neqativ atmosferin özünün göstərdiyi 3 cəbhədən bəhs edirdi:

1) Neqativ psixologiya. Burada bütün mənfiliklər üzərində ixtisaslaşmış kimi görünməsi nəzərdə tutulurdu. Fərdi şüurun artıq çoxdan olduğunu qeyd edən Haydegger fəlsəfəsinin ruhunu da duymaq olur və bu psixologiya üzərinə köklənir: “Hamının qarantı təkin işığından güclüdür”.      

2) Neqativ mühit. Psixologiya tarixində mühitin kollektiv təfəkkür qarşısında daha dayanaqlı olduğu söylənilir. Ancaq biz praktiki olaraq düşüncə ieraxiyasını nəzərə alsaq, bunun başdan- ayağa doğru olmadığını görürük.

3) Neqativ toplum. Bu yanaşma Yunq arxetiplərində hər şeyin fövqündə dayanırdı. Toplumun ən üst pilləsində sosiologiya mərkəzləri bu düşüncələrdən qurtarmağa başlayır.

Empedokla görə, insanın cəmiyyətdəki yeri iki başlıca duyğu ilə müəyyənləşir. Birincisi, sırada qavramaq, ikincisi, sırada məsulliyət. Empedoklu qavrama ifadəsi bizim başa düşdüyümüz rasional insan təfəkkürünün prosesi deyildi.  Emopedoklun fikirləri “hissən qavramaq”dan, duyğuların əsarətinə çevrilmədən, amma duyğuları kənara atmadan həyata keçən dərketmə prosesi də hesab edilə bilər.

Dil fəlsəfəsini araşdıranda, umumiyyətlə, eşitdiyimiz bütün sözlərin və cümlələrin tamam fərqli bir anlam qazandığını gördük. İkinci bir tərəfdən, söz oynu ədəbiyyatda daha maraqlıdır. Jurnalistkada bu gün rast gəldiyimiz fikir və ideya yoxsulluğu içərisində bolluca soz külliyatı ona gorə sıxışdırır ki, media konkreti göstərəndə daha inandırıcı olur. Şair və yazarların yaradıcılığında söz oyunu estetikaya xidmət edirsə, fəlsəfədə söz oyunu fikrin bitkin və çoxşaxəli olmasının göstəricisi sayılır.

Dostayevski yazılarının birində məsuliyyətdən qaçan və ozünü inkişaf meyarlarından saxlayan insanları mənəvi dünyanın sui- qəsdiçisi adlandırırdı. Məsuliyyət anlayışından çoxlu yeni terminoloji ifadələr yarandı. Bunların bir neçəsinə toxunmaq istəyirəm. Ən çox istifadə olunan anlayışlardan biri şübhəsiz ki, hüquqi məsulliyətsizlikdir. Belə bir hal cəmiyyətdə baş verirsə, onun fəsadları ölkəni, dövləti uçruma sürükləyir.      

Bu gün bəşər insanı üçün daha təhlükəli olan, şübhəsiz, ekoloji məsulliyyət duyğumuzun zəifliyidir. Qısaca onu da qeyd edim ki, ekoloji məsulliyyət izahı da iki formada mümkündür.  Hüquqi leksikondan yanaşsaq, təbiətə vurduğu zərərlərin miqyasına gorə müəyyənləşmiş hüquqi cəzalar mexanizmi anlaşılır.

Yazımın əvvəlində qeyd etdiyim kimi, indi ətrafımızda məsiliyyətsizlik nəticəsində o qədər ciddi problemlər baş verir ki, bunlara qarşı vaxtında bir münasibət bildirməyəndə, sonralar hamımız bunun acısını özümüzdə hiss edirik. Əxlaqı olan, düzgün düşünməyi bacaran hər bir vəzifə sahibi, fərdlər məsuliyyətini anlamalıdır.

Bir misal kimi deyim. Məsələn, stomotaloq öz vəzifəsinin məsuliyyətini anlamalıdır, bütün ləvazimatları zamanında dezinfeksiya etməyi vicdanı qarşısında yəqin etməlidir. Onun məsuliyyətsizliyi səbəbindən bir ailə bayram günündə “Hepatit C” sürpriz ilə qarşılaşanda və üzünə deyəndə, ləyaqətsizcəsinə “mən istəməzdim belə olsun” cavab verməkdənsə, bunun əvəzinə, vaxtında tədbir görməyi bacarmalı idi.

Harda olmağımızdan, hansı vəzifəni daşımağımızdan asılı olmayaraq, insan məsulliyyətinin önəmini dərk etməyi bir mənəvi öhdəlik kimi anlamalıyıq.    Gəlin vicdanımızı susmağa qoymayaq!  Düşünək, axı kəfənin çibi olmur...

Əlizadə NƏHMƏDAĞAOĞLU