ŞOK XƏBƏR: Fətullah Gülən həbs edildi, Türkiyəyə gətirilir...

17/02/2019 - 10:40 3 801 0   0  

FETÖ lideri Fətullah Gülən saxlanılıb və yaxın zamanda Türkiyəyə ekstradisiya ediləcək.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli jurnalist Əli Tarakçı Akit TV-də yayımlanan "Tərs qütblər" verilişində deyib. O iddia edib ki, ABŞ Güləni nəzarətdə saxlayır:

"Prezident Rəcəb Tayyib Ərdoğanın ötəngünkü açıqlamasında vacib sözlər var idi. Baxarsınız, Gülən qəti olaraq saxlanılıb və sabah Türkiyəyə gətirilir. O, sabah Türkiyədə olacaq".

***

Səslənən iddialarla bağlı Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib ki, Gülənin ABŞ-da saxlanılması barədə onlarda hər hansı məlumat yoxdur.

İ.Qalın buna baxmayaraq, FETÖ şəbəkəsinə qarşı mübarizənin qətiyyətlə aparıldığını vurğulayıb.