Səhiyyə Nazirliyindən BƏYANAT

16/01/2019 - 19:29 11 104 0   0  

Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizdə bu virus yayılmayıb.

Bunu virtualaz.org-a nazirliyin mətbuat katibi Pərviz Abubəkirov bildirib.

Onun sözlərinə görə, ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir.

Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır.(virtualaz.org)