Şəhid anasının önündə əyilən Alimpaşa Məmmədov öz əlini öpür? – FOTO

22/12/2019 - 00:25 1 402 0   0  

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev iş otağında həbs edildikdən sonra icra başçıları fəallaşıblar.

Kimisi dərhal səyyar görüşlərə başlayıb, kimisi vətəndaşların ayağına getməyə, kimisi Qarabağ müharibəsi iştirakçılarına, şəhidlərə və ailələrinə "diqqət" göstərməyə. Sonunculardan biri də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur. Lakin A.Məmmədov "qaş düzəltdiyi yerdə göz çıxarıb" desək, yanılmarıq. Belə ki, başçının iki gündür sosial şəbəkələrdə yayılan fotosunda onun şəhid anasının əlini öpdüyü əks olunur. Bu görüntünü xoş qarşılayan, başçının səmimiyyətinə inanan çox az sayda adam olsa da, çoxluğun da yanılmadığı ortaya çıxıb. Məlum fotonun yaxından görüntüsünə nəzər saldıqda məlum olur ki, əslində A.Məmmədov 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun məzarını ziyarət etdikdən sonra onun ailəsi ilə görüşərkən şəhidin anasının qarşısında əyilərək əslində öz əlindən öpür. O, şəhid anasının əlini iki əlinin arasına alıb, özünün üstdəki əlindən öpərək guya şəhid anasının əlini öpürmüş kimi təqdim olunmasına və bununla da özünə müsbət imic qazanmağa çalışıb. Lakin onsuz da A.Məmmədovun səmimiyyətinə inanmayan çoxluq başçının yol verdiyi bu iyrənc variant üzə çıxdıqdan sonra yanılmadığını gördü. (afn.az)