Şəhid anaları Naxçıvanda böyük izdihamla qarşılandı - VİDEO

27/06/2024 - 00:46 377 0   0  

Şəhid generalımız Polad Haşımovun anası Səmaya ana və iki övladını vətənə qurban verən Sevinc ana Naxçıvan şəhərinə səfər ediblər.

Suveren.az xəbər verir ki, qəhrəman anaları Naxçıvan hava limanında izdihamla qarşılanıb.

Onları gül çələngləri ilə qarşılayanlar arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin sədr müavini Esmira Həsənova, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, şəhid anaları və "Mənim oğlum qəhrəmandır" layihəsinin rəhbəri Cəlal Qurbanov da olub.

Qəhrəman analar Muxtar Respublikamızın müqəddəs yerlərindən sayılan “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər. Şəhid generalımızın anası Səmaya ana və iki oğlunu vətənə qurban verən Sevinc ananın ayaqları altında qurbanlar kəsilib, dualar oxunub.

Allah şəhidlərimizə rəhmət etsin.

Suveren.az