Səfər Mehdiyevin neçə cangüdəni var? - Vəzifəsi artanda mühafizəsini də gücləndirib

21/12/2018 - 15:57 1 330 0   0  

Azərbaycanın bir çox məmurların, demək olar ki hamısının yaşadığı evləri polis mühafizə edir. Görünəni də odur ki, məmurlar polis rəislərinə evlərinin gün boyu, xüsusən də gecələr qorunması ilə bağlı göstəriş verirlər. Elə buna görə də əksər məmurların evlərinin qarşısında mühafizə postu yaradılıb. Amma bu da az kimi görünür. Sıravı xalqdan ciddi şəkildə ehtiyat edən məmurlar ayrıca olaraq cangüdən də tuturlar.

Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, məsələn, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev də təkcə evini yox, həm də özünü ayrıca olaraq mühafizə etdirməyə çalışanlardandır.
Mənbənin dia.az-a söylədikləri: "Səfər Mehdiyevin 1-ci müavin olanda da cangüdəni var idi. Amma indi artıb. Əgər əvvəllər onu 1 nəfər qoruyurdusa, hazırda 3 mühafiəçisi var".
Hər halda mənbənin sözlərinə güvənsək, belə bir təəssürat yaranır ki, adamlarımız vəzifədə qalxdıqca üzərlərinə daha da böyük təhlükə hiss edirlər. Və onlardan biri də Səfər Mehdiyevdir...