Səfər Mehdiyev siftə etməyə hazırlaşır... - İDDİA

24/12/2018 - 12:32 2 002 0   0  

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə bağlı DİA.AZ-a ilginc məlumat daxil olub. Verilən xəbərlərdən belə aydın olur ki, DGK sədri gələn ildən daha böyük qazanc yerlərinin müəyyən olunması yolunda addımlar atacaq.

Mənbənin dia.az-a söylədikləri: "Gələn il DGK-ya yeni xidməti avtomobillərin alınması planlaşdırılır. Doğrudur, bu barədə hələlik rəsmi məlumat yayılmayıb. Amma iş gedir və bu zaman təxminən 3-4 milyonluq vəsaitin əldə edilməsi plamlaşdırılır. Adını qoyacaqlar daxili imkanlar hesabı... Soruşan olmayacaq ki, bu "daxili imkanlar" necə formalaşır? Bu "imkanlar" dövlətin pulu deyilmi?"
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.