Ölkədə rus dili ilə bağlı müzakirələrin artdığı bir məqamda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin də ruscaya meyillənməsi barədə xəbər yayılıb.
Bu barədə danışan məlumatlı mənbə iddia edir ki, Səfər Mehdiyev tərcümeyi-halında rus dilini bildiyini iddia etsə də, onun ruscaya hakim olmadığı hər kəsə məlumdur, hətta "yuxarılara" da...
Məlumatlı mənbənin dia.az-a söylədikləri: "Hətta bu səbəbdən Səfər Mehdiyevin DGK sədri postuna təyin olunmaması da gündəmdə imiş. Lakin sonradan qərar Səfər Mehdiyevin xeyrinə verilir".
Mənbə iddia edir ki, indi isə Səfər Mehdiyev özünə rus dili müəllimi tutub və həmin müəllim həftə ərzində iki dəfə DGK sədrinə ruscanı öyrədir.
Hər halda, "öyrənməyin heç bir zaman gec olmadığı" həqiqəti fonunda bizlər də hörmətli baş gömrükçümüzə dərslərində nailiyyətlər arzulayırıq...
Səfər Mehdiyev özünə rus dili müəllimi tutub - KOMİTƏ SƏDRİNİN RUSCA BİLMƏDİYİ İDDİA OLUNUR