Səfər Mehdiyev inhisarçı Məlikovu hədəfə çevirir... - GƏLİŞMƏ

28/01/2019 - 12:19 1 525 0   0  

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin "bir mobopoliya faktı göstərin, istefa verim" çağırışının ardından yüzlərlə fakt təqdim olunsa da, DGK sədrinin əslində blef etdiyi gün kimi aydın oldu. Yəni söz xətrinə, özünü fözə soxmaq naminə, "yuxarılara" "bax, mən işləyirəm ha..." demə niyyətiylə ifadə olunan bu sözlərin Bilcəəriyə qədər mənzilinin olmadığı ortaya çıxdı.

"Amma məsələ bu şəkildə qala bilməz". Və xəbəri verən qyanaq iddia edir ki, Səfər Mehdiyev nəhayətdə onun imicinə ciddi təhlükə hesab olunan keçmiş broker Əbülfəz Məlikovla yollarını ayırmaq zorunda qalacaq.
Mənbənin dia.az-a söylədikləri: " Səfər Mehdiyev öz yaxın qohumlarının əli ilə gömrükdə “çəki-düzən” yaratma ölanına start verib. Əslində bu dəst-xətti gəldiyi ilk gündən nümayiş etdirir və hazırki vəziyyətdə də Əbülfəz Məlikovun nəzarətində olan inhisar bölgələri məhz DGK sədrinin yaxın qohumlarının nəzarətinə keçəcək. Bununla da iş bitmiş olacaq və Səfər Mehdiyev yenidən ürəklə antiinhisar siyasətindən bəh-bəhlə danışmağa başlayacaq".
Mənbə iddia edir ki, yaxın günlərdə prosesi müşahidə edə biləcəyik. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...