Şeyx Rusiya səfirliyində azərbaycanlılarla görüşdü

30/01/2019 - 20:30 3 025 0   1  

Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanın Rusiyadakı səfirliyində azərbaycanlılar ilə görüşüb.

Əvvəlcə Azərbaycanın ümumilli lideri Heydər Əliyevin səfirlikdə barelyefi önünə gül dəstələri qoyulub.

Azərbaycanlı icmaların nümayəndələri ilə baş tutan görüş zamanı səfir Polad Bülbüloğlu Şeyxülislamı Moskvada, Azərbaycan səfirliyində salamlayaraq, son zamanlar Moskvada Azərbaycan məscidi ətrafında baş verən problemlərə toxunub, problemin həlli yolları barədə müzakirə aparılaçağını bildirib. Allahşükür Paşazadə isə məscid məsələsini hər zaman diqqət mərkəzində saxladığını bildirib: “Mən Moskvaya gəlməmişdən əvvəl Rusiya patiriyarxı Kirillə, Moskva meri Serqey Sobyaninə müraciət etmişəm. Bu gün Patriarx Kirillə görüşdə azərbaycanlılara məscid inşa etmək üçün yer ayrılmasını da xahiş etdim. Düşünürəm ki, nə baş verirsə bu yaxşılığadır. Biz səfirlə bərabər sizə söz veririk ki, bu məsələnin həlli üçün əlimizdən gələni edəçəyik” ”-deyə, Şeyxülislam bildirib.

Görüş qarşılıqlı müzakirələr ilə davam edib.(report)