Sexdə partlayış baş verdi

29/12/2018 - 21:00 2 959 0   0  

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 30 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) içərisində “VAZ” markalı minik avtomobilinin yanacaq çənində təmir işləri aparılan zaman yanğınla nəticələnən partlayış baş verib.

Suveren.az FHN-ə istinadən bildirir ki, yanğın nəticəsində tikilidə olan avtomobil ehtiyat hissələri və 1 ədəd oturacaq yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı avtomobil və bitişik tikililər yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.