Senator iclas zalında həbs edildi: iki nəfərin qətli və... - ŞOK İTTİHAMLAR

30/01/2019 - 12:52 2 353 0   0  

Rusiya Federasiya Şurasının Qaraçay-Çərkəz Respublikasından olan üzvü Rauf Araşukov iclas zalında saxlanılıb.

Suveren.az xəbər verir ki, bu haqda mənbəyə istinadən TASS agentliyi bildirib.
“Onu zalda saxladılar və çıxardılar”, - agentliyin həmsöhbəti deyib.
Qeyd edilir ki, Araşukov saxlanılmazdan əvvəl Federasiya Şurasının plenar iclası qapalı rejimə keçirilib və Federal Mühafizə Xidmətinin əməkdaşları zala girişi bağlamışdılar.
“RİA-Novosti” agentliyinə isə mənbə bildirib ki, tutulmanın səbəbi saxta sənədlər ola bilər. Sonradan mənbə əlavə edib ki, senatora bir neçə maddə, həmçinin cinayətkar qruplaşmanın təşkili, iki nəfərin qətli və daha bir nəfərin sağlamlığına ağır zərərin vurulması üzrə ittihamlar irəli sürülüb.
Mənbə izah edib ki, senatorun iclas zalında təcili saxlanılmasının səbəbi onun gizlənə biləcəyinə dair şübhələr olub.