Senat ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədi təsdiq edib

14/12/2018 - 09:27 532 0   0  

ABŞ Senatı ölkənin Azərbaycandakı səfiri postuna İrli Litsüenberqerin namizədliyini təsdiq edib.

“Report” xəbər verir ki, İrli Litsüenberqerin namizədliyi ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.

İrli Litsenberqer müxtəlif vaxtlarda Almaniyanın Marşall Fondunda böyük elmi əməkdaş, ABŞ-ın NATO-dakı missiyasının rəis müavini, NATO-nun Əfqanıstandakı böyük mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı səfirliyində missiya rəhbərinin müavini və Birləşmiş Ştatların Qırğızıstandakı səfirliyində missiya rəhbərinin müavini vəzifələrində işləyib.

Senat həmçinin ABŞ-ın Emənistandakı səfiri postuna Linn Treysini təsdiqləyib.