"Sədərək" Ticarət Mərkəzi YANIR

16/11/2018 - 12:42 5 473 0   0  

Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzinin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Suveren.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.