"Səbail" "Keşlə"ni böyük hesabla məğlub etdi

02/02/2019 - 22:16 7 291 0   0  

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

Suveren.az xəbər verir ki, "Keşlə" "ASK Arena"da "Səbail"i qəbul edib.

Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 14-cü dəqiqədə "Səbail"in ən yaxşı bombardiri Kevin Kubemba açıb. O, cinah ötürməsini başla qola çevirib. 53-cü dəqiqədə Elvin Yunuszadə"Keşlə"nin qapıçısı Kamran Ağayevin səhvindən sonra fərqlənərək, yeni komandasında ilk qolunu vurub. Oyunda son nöqtəni isə yenə Ağayevin səhvindən yararlanan Ağabala Ramazanov qoyub.

Bununla da "Səbail" 3 oyunluq qolsuzluqdan sonra 3 qollu qələbə ilə xallarını 24-ə çatdıraraq, 3-cü pillədə möhkəmlənib. Ardıcıl 4-cü matçda meydanı qolsuz tərk edən "Keşlə" isə 12 xalla 7-ci pillədə qalıb.

Qeyd edək ki, tura fevralın 3-də keçiriləcək "Qəbələ" - "Sumqayıt" və "Qarabağ" - "Neftçi" matçları ilə yekunvurulacaq.