Sarkisyan ailəsi ilə birlikdə kəndə köçdü

31/10/2018 - 17:22 1 189 0   0  

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan hökumət iqamətgahını birdəfəlik tərk edib. 

Suveren.az Azvision.az-a istinaden xəbər verir ki, bu barədə Sarkisyanın ofisinin rəhbəri Nairi Petrosyan erməni mətbuatına bildirib. Onun sözlərinə görə, Serj Sarkisyan gedərkən hökumət iqamətgahının açarlarını da təhvil verib.
Petrosyan əlavə edib ki, Serj Sarkisyan bundan sonra kürəkəni Mikael Minasyanın Kotayk əyalətinin Dzoraxbur kəndindəki villasında öz ailə üzvlərilə birlikdə yaşayacaq. 
Qeyd edək ki, Paşinyan hökuməti keçmiş prezident statusuna uyğun olaraq daimi yaşayışı üçün Sarkisyana Ermənistanın müxtəlif bölgələrində yerləşən 10 malikanədən birini seçməyi təklif etsə də, o, təkliflərin hamısını rədd edib.