"Sarı jiletlilər"in aksiyasında 32 min insan iştirak edir

12/01/2019 - 21:24 9 010 0   1  

Fransanın müxtəlif şəhərlərində "sarı jiletlilər"in aksiyasında təxminən 32 min insan iştirak edir. BFMTV telekanalı xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Telekanalın məlumatına görə, təkcə Parisdəki aksiyalarda 8 min nümayişçi iştirak edir.

Qeyd edək ki, bu gün "sarı jiletlilər" 9-cu dəfə Fransa şəhərlərinin küçələrinə çıxıblar. 

Daha əvvəl bildirilib ki, Parisdəki aksiyaların gedişində 40-dan çox etirazçı saxlanılıb.