"Sarı jiletlilər” yeni aksiyaya başladı

05/01/2019 - 19:16 25 366 0   0  

Fransanın paytaxtı Paris şəhərində onlarla sarı jiletli insan razılaşdırılmış etiraz aksiyasında iştirak etmək üçün Yelisey çölü prospektinə toplaşıb.

Hakimiyyətlə yanvarın 5-də paytaxtda iki etiraz aksiyasının keçirilməsi razılaşdırılıb. Onlardan biri Fransa parlamentinin binasının qarşısında, o biri isə Yelisey çölündə başa çatacaq. Aksiya yerli vaxtla saat 17.00-dək (Bakı vaxtı ilə saat 20-dək) davam edəcək.

Hazırda ölkənin Marsel, Ruane və bir sıra şəhərlərində mitinq keçirilir.

Qeyd edək ki, noyabrın 17-də Fransada avtomobil yanacaqlarının qiymətinin bahalaşmasına qarşı “sarı jiletlilər”in aksiyası başlayıb.(report)