Samir Şərifov bu işçisini TƏFTİŞ EDƏRSƏ... - İTTİHAM

24/11/2018 - 10:59 634 0   0  

Prezident ilham Əliyevin sərənscamı ilə Niyazi Bayramov aryıq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini isə hələlik birinci müavin İlham İsmayılov aparır. Maraqlıdır görəsən strateji əhəmiyyətli bu şəhərə yeni İcra başçısı kim təyin ediləcək. Xüsusilə də son Mingəçevir hadisələrəndən sonra buraya daha peşəkar bir başçının vacibliyi də nəzərə alınmamış olunmayacaq. Onda kim olacaq? Onu zaman göstərəcək. Hazırda isə şəhər hələlik əvvəlki İcra başçısı Niyazi Bayramovun kadrları tərəfindən idarə olunur. 2012-ci ilin aprel ayından Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuş Niyazi Bayramov işlədiyi 4 il ərzində bəzi idarə və müəssisələrə, təşkilatlatlara öz kadrlarını yerləşdirə bilmişdi. Onlardan biri elə İcra başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov, digəri isə şəhər Maliyyə İdarəsinin rəisi Samir Məmmədovdur.

Aktualinfo.org redaksiyasına informasiya verən məlumatlı mənbənin sözlərinə görə Mingəçevirə yeni İcra başçısı təyin edildikdə Niyazi Bayramovun kadrları kimi adları çəkilənlərdən Samir Məmmədovun tutduğu vəzifədə çox qalmayacağı ehtimal olunur.Belə ki, Samir Məmmədovdan şəhər sakinlərinin narazılığı çoxdur. Maliyyə İdarəsinə rəis gəlməmişdən öncə Samir Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir şəhər mərkəzinin müdiri vəzifəsini daşıyıb. Deyilənlərə görə Mongəçevir şəhəır Sosial Müdafiə Mərkəzindən nazirliyə ünvanlı sosial yardımların mənimsənilməsi ilə bağlı olunan çoxsaylı şikayətlər onu bu vəzifə ilə vidalaşmağa gətirib çıxarıb. Hətta Niyazi Bayramovun sabiq nazir Səlim Müslümova etdiyi çoxsaylı xahişlərə baxmayaraq. Sonda Niyazi Bayramov yaxın adamını şəhər Maliyyə İdarəsinə rəis təyin edib.
ƏƏSMN-nin Mingəçevir şəhər şöbəsində olduğu kimi Samir Məmmədovdan Maliyyə İdarəsinin rəisi kimi də şikayətlərin çoxaldığı bildirilir. Belə ki, şəhərin təhsil, mədəniyyət və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də tam həcmdə məqsədyönlü şəkildə istifadə olunmur. Büdcə təşkilatlarına ayrılan əmək haqlarının hər ay faizi çatmasa, heç bir təşkilat vaxtında əmək haqqı ala bilməz. Mingəçevirdəki uşaq bağçaların təminatı və təmiri üçün ayrılan bütün vəsaitlərdə də mənimsəmələrə yol verildiyindən bağçaların vəziyyəti acınacaqlıdır. Bağçalarda təmirsizlikdən faktiki olaraq antisanitariya hökm sürür. Amma sənədlərə baxılarsa, bağçaların təminatı və təmiri ən yüksək səviyyədədir.Məlumat verənin sözlərinə görə şəhərdəki orta məktəblərdə də vəziyyət ürəkaçan deyil. Məktəblərn cari təmirinə ayrılmış vəsaitlər tam verilmədiyindən işlərin çoxu ya yarımçıq qalır,ya da işlər səthi görülür.
Əgər Mingəçevir şəhər İcra Hakimiyyətinin aparatına, Təhsil, Mədəniyyət və Turizm Şöbələrinə və Mərkəzi Şəhər Xəstəxanasına, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının Mingəçevir şəhər 1 və 2 saylı İnzibati Ərazi Nümayəndəliklərinə, İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, Mənzil Kommunal Təsərrüfatı Birliyinə Mingəçevir şəhəri üzrə Maliyyə İdarəsinə ayrılan dövlət büdcəsi vəsaitlərinin proqnozlaşdırılması və icrasının, Maliyyə İdarəsi üzrə xəzinə əməliyyatlarının düzgünlüyünün audit yoxlaması təşkil olunarsa, onda Samir Məmmədovdan olunan şikayətlərin əsassız olmadığı aydın görsənəır.